Arauxo zədələdiyi Foden barədə danışdı
Arauxo Fodenlə danışdı: “Dedi ki, hər şey qaydasındadır”.
90plus.az xəbər verir ki, Uruqvay millisinin müdafiəçisi Ronald Arauxo İngiltərə ilə keçirilən yoldaşlıq oyunundan sonra Fil Fodenlə danışdığını açıqlayıb.
Arauxo bildirib ki, oyunda baş verən sərt epizoddan sonra Fodenin vəziyyəti ilə maraqlanıb:
“Fil Fodenlə danışmışam. Dedi ki, hər şey qaydasındadır. Buna görə sevindim. Futbolda belə şeylər olur. Kaş, olmayaydı, oldu”.
Qeyd: İngiltərə – Uruqvay yoldaşlıq matçında bir epizodda Arauxo Fodenə qarşı sərt müdaxilə etmiş və ingilis futbolçu zədə almışdı. Epizoddan sonra meydanda qısa gərginlik də yaşanmışdı.
Oyun isə 1:1 hesabı ilə başa çatıb.
© Copyright 2026, All Rights Reserved