“Araz-Naxçıvan” çempion oldu!
Futzal üzrə Azərbaycan kubokunun qalibi “Araz-Naxçıvan” olub. 90plus.az xəbər verir ki, Naxçıvan təmsilçisi final matçında “Baku Fire” ilə üz-üzə gəlib. Bakı İdman Sarayında keçirilən matçın əsas hissəsi 5:5 hesabı ilə başa çatıb və oyun penaltilər seriyasına qədər uzanıb. Burada daha dəqiq olan “Araz-Naxçıvan” (5:4) kuboku başı üzərinə qaldırıb.