"Araz-Naxçıvan" onu heyətinə qatdı
“Araz-Naxçıvan” Azərbaycan millisinin üzvü Bəxtiyar Həsənalızadəni heyətinə qatıb.
90plus.az xəbər verir ki, tibbi müayinədən keçən mərkəz müdafiəçisi artıq komandanın məşqlərinə qoşulub. Futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd: Oyunçu ötən mövsüm “Tuzlaspor”da iştirak edib. Futbolçu karyerasına isə “Sumqayıt” klubunda başlayıb, daha sonra “Zirə” və “Sabah”da çıxış edib.
Mənbə: "Araz-Naxçıvan" klubunun media hesabı
© Copyright 2026, All Rights Reserved