"Araz-Naxçıvan" yeni oyunçu transfer etdi
"Araz-Naxçıvan" futbol klubu braziliyalı yeni oyunçu ilə anlaşıb.
90plus.az xəbər verir ki, anlaşmaya görə Alisson Damasceno Masiel (Kadinyo) mövsümün sonuna qədər klubda çıxış edəcək. Oyunçu bu ilin yanvarından Qazaxıstanın “Jetisu” klubunda çıxış edib.
Qeyd: “Araz-Naxçıvan” klubu UEFA Çempionlar Liqasının ilkin mərhələsində “Sparta Belfast” (Şimali İrlandiya), “Sillamae Silla” (Estoniya) və “Uddevalla” (İsveç) klubları ilə üz-üzə gələcək. Matçlar avqustun 20-dən 25-dək İsveçdə keçiriləcək.
Mənbə: Azərbaycan Futzal Federasiyasının media hesabı
© Copyright 2026, All Rights Reserved