"Araz" paraqvaylını transfer etdi

"Araz" Naxçıvan yeni transferini açıqladı.
90plus.az xəbər verir ki, heyətini gücləndirməyə çalışan “Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb. Komanda yerli azarkeşlərə də yaxşı tanış olan Sezar Meza Kolli ilə anlaşıb. Azad agent statusuna malik 33 yaşlı futbolçu mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək.
Paraqvaylı mərkəz yarımmüdafiəçi peşəkar karyerasında müxtəlif illərdə İtaliyanın “Çesena” və “Pavia”, İspaniyanın “Alaves”, ölkəmizdə “İnter” / “Keşlə” / “Şamaxı”, “Neftçi” və “Zirə” klublarının heyətində çıxış edib.
© Copyright 2025, All Rights Reserved