“Araz” son anda “Sabah”ın cavabını verdi
Azərbaycan Premyer Liqası, 9-cu tur: “Araz-Naxçıvan” – “Sabah” oyunu bərabərliklə başa çatdı.
90plus.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 9-cu turunda “Araz-Naxçıvan” doğma meydanda “Sabah”ı qəbul edib. Gərgin və dramatik keçən görüş 2:2 hesabı ilə başa çatıb.
Oyunun hesabı ikinci hissədə açılıb. 54-cü dəqiqədə meydan sahiblərindən Solvet fərqlənib. Cəmi dörd dəqiqə sonra, 58-ci dəqiqədə Paro “Sabah”ın heyətində tarazlığı bərpa edib. 73-cü dəqiqədə Mikels “Araz-Naxçıvan”ı yenidən önə çıxarsa da, görüşün taleyi son dəqiqələrdə həll olunub — 90+9-cu dəqiqədə Simakala “Sabah”ı məğlubiyyətdən xilas edib.
Araz 2-2 Sabah
Solvet 54'
Paro 58'
Mikels 73'
Simakala 90+9'
Qollar:
https://t.me/doxsanplus/109629
https://t.me/doxsanplus/109632
https://t.me/doxsanplus/109635
Bu nəticədən sonra xallarının sayını 15-ə çatdıran “bayquşlar” (“Sabah”) turnir cədvəlində dördüncü pilləyə yüksəlib. 16 xalı olan “Araz-Naxçıvan” isə üçüncü yeri qoruyub.
© Copyright 2025, All Rights Reserved