Arbeloa: “Bura Realdır, heç kim təslim olmayacaq”
Arbeloa: “Real” çempionluq mübarizəsindən çəkilməyib.
90plus.az xəbər verir ki, “Real”ın baş məşqçisi Alvaro Arbeloa komandasının çempionluq ümidlərini itirmədiyini bildirib.
“La Liqa”nın 26-cı turunda “Xetafe”yə 0:1 hesabı ilə məğlub olmasına baxmayaraq, madridlilərin çalışdırıcısı komandanın titul uğrunda mübarizəni davam etdirəcəyini vurğulayıb.
Hazırda turnir cədvəlinə 64 xalla “Barselona” başçılıq edir. “Real” isə 60 xalla ikinci pillədə qərarlaşıb. Mövsümün sonuna qədər 12 tur qaldığından komandalar maksimum 36 xal qazana bilərlər.
Arbeloa bildirib ki, “Real” mövsümün sonuna qədər bütün mümkün xallar uğrunda mübarizə aparacaq:
“Yox, çempionluq üçün bizim 36 xalımız qalıb. Bu 36 xal uğrunda mübarizə aparmaqdan başqa məqsədimiz yoxdur. Heç kim təslim olmayacaq. İnanırıq ki, 4 xallıq fərqi aradan qaldıracağıq. Bura “Real”dır və burada heç kim təslim olmayacaq”.
Madrid təmsilçisi növbəti turlarda xal fərqini azaltmağa və çempionluq yarışını davam etdirməyə çalışacaq.
© Copyright 2026, All Rights Reserved