Arda Güler "Real Madrid"in ən yaxşısı seçildi
İspaniyanın “Real” klubunda oktyabr ayının ən yaxşı futbolçusu açıqlanıb.
90plus.az xəbər verir ki, La Liqa nəhəngi bu ada Arda Güleri layiq görüb. Məlumatı Madrid klubunun mətbuat xidməti yayıb.
Türkiyə millisinin 20 yaşlı yarımmüdafiəçisi oktyabr ayında “kral klubu”nun heyətində keçirdiyi 4 oyunda 1 qol pası ilə yadda qalıb.
Xatırlatma: “Real Madrid” Arda Güleri 2024-cü ilin yayında “Fənərbağça” klubundan 26 milyon avroya transfer edib.
© Copyright 2025, All Rights Reserved