Arda Turan çempionata qələbə ilə başladı
90plus.az xəbər verir ki, türkiyəli mütəxəssis Arda Turanın baş məşqçi olduğu Ukrayna təmsilçisi "Şaxtyor Donetsk" yeni mövsümə uğurlu start verib.
Ukrayna Premyer Liqasının ilk turunda səfərdə "Epitsentr Dunayivtsi" ilə qarşılaşan "Şaxtyor Donetsk" rəqibini minimal hesabla məğlub edib – 1:0.
Ternopil şəhərində yerləşən Roman Şuxeviç adına Ternopil Şəhər Stadionunda keçirilən oyunda qələbə qolunu qarşılaşmanın 79-cu dəqiqəsində Kaua Elias vurub. Braziliyalı futbolçunun başla vurduğu qol "Şaxtyor" üçün 3 xalı təmin edib.
Bu qələbə ilə Arda Turan "Şaxtyor Donetsk"in başında ilk liqa matçına qələbə ilə başlamış oldu.
© Copyright 2026, All Rights Reserved