Arda Turana Ukrayna nəhəngindən təklif var

Türkiyənin "Eyüpspor" klubunun baş məşqçisi Arda Turan mövsüm bitdikdən sonra iş yerini dəyişəcək.
90plus.az xəbər verir ki, Donetsk "Şaxtyor" klubu onu baş məşqçi vəzifəsinə gətirmək istəyir. Ukrayna çempionu Ardaya komandaya dərhal rəhbərlik etməyi təklif etsə də, 38 yaşlı mütəxəssis bu təklifi geri çevirib. O, hazırkı komandasını mövsümün sonuna qədər çalışdırmaq niyyətində olduğunu bildirib.
Türkiyə Super Liqasına yeni yüksələn "Eyüpspor" Arda Turanın rəhbərliyi altında uğurlu çıxış edərək turnir cədvəlində beşinci pillədə qərarlaşıb. O, 2023-cü ilin aprelindən etibarən bu komandaya başçılıq edir və bu, onun məşqçilik karyerasında ilk təcrübəsidir. Arda futbolçu kimi "Qalatasaray", "Manisaspor", "Atletiko Madrid", "Barselona" və "İstanbul Başakşehir" klublarının heyətində çıxış edib.
© Copyright 2025, All Rights Reserved