Arda Turanın komandası kubokda uduzdu
90plus.az xəbər verir ki, Ukrayna Kubokunun son 16 turunda “Şaxtyor Donetsk” səfərdə qarşılaşdığı “Dinamo Kiev”ə 2:1 hesabı ilə uduzaraq turnuvaya erkən veda edib.
Arda Turanın baş məşqçi olduğu “Şaxtyor Donetsk” oyuna yaxşı başlamasına baxmayaraq, ilk yarıda qapıları sındıra bilməyib. İkinci yarıya daha fəal başlayan qonaqlar 48-ci dəqiqədə Luka Meirellesin qolu ilə hesabı 1:0 edib.
Amma ev sahibi “Dinamo Kiev” 72-ci dəqiqədə Andriy Yarmolenko ilə tarazlığı təmin edib və daha sonra Eduardo Querreronun qolu ilə 2:1 hesabını yaradaraq oyunun taleyini həll edib. Qarşılaşmada başqa qol olmadı və “Dinamo Kiev” səfər qələbəsi ilə 1/4 finala yüksəldi.
Bu nəticə ilə “Şaxtyor Donetsk” turnuvaya erkən vida etmiş oldu.
© Copyright 2025, All Rights Reserved