Ardıcıl uduzan “Feyenoord”un baş məşqçisi azarkeşlərin yanına endi! VİDEO
“Feyenoord”un baş məşqçisi Robin van Persi azarkeşlərin yanına endi, onlarla qarşı-qarşıya gəldi!
90plus.az xəbər verir ki, "Feyenord"un baş məşqçisi Robin van Persi evdə keçirdikləri oyunda keçmiş klubu "Heerenveen"ə 2-3 hesabı ilə uduzduqdan sonra qəzəbli azarkeşlərlə üz-üzə gəlib. Son 11 oyunun 8-də məğlub olan Van Persi azarkeşlərlə danışmaq məcburiyyətində olduğunu bildirib.
Dramatik anlar
Van Persi birdən reklam lövhələrinin üzərindən tullanaraq kapitan Justin Bijlow ilə birlikdə qəzəbli azarkeşlərin qarşısına çıxıb.
Öncə emosional yaxınlaşsa da, sonradan onu danlayan azarkeşlər qarşısında sakit dayanaraq onları dinləyib.
VİDEO: https://t.me/doxsanplus/112540
ℹ️ "Feyenoord" son dəqiqələrdə hesabı bərabərləşdirsə də, 90-cı dəqiqədə "Heerenveen" qalibiyyət qolunu vurub.
Van Persidən açıqlama
“Bu ağrılı, məyusedici və yetərli deyil,” – deyən Van Persi əlavə edib: “Azarkeşlər "Feyenoord"un daha yaxşı oynayan, müdafiəsi və hücumu güclü komandasına layiqdir. Onların emosiyalarını ifadə etməsi tamamilə təbiidir.”
Vəziyyət ağırdır
"Feyenord" Erediviziyada PSV-dən 9 xal geri qalır. Avropa Liqasında isə 6 oyundan yalnız birini qazanıb və 30-cu pillədədir. Van Persi buna baxmayaraq ümidlidir: “İnanıram ki, bunu dəyişdirə bilərik və edəcəyik.”
© Copyright 2025, All Rights Reserved