Argentina millisinin əfsanəvi qapıçısı vəfat etdi
Argentina millisinin sabiq qapıçısı Hugo Gatti vəfat edib.
90plus.az xəbər verir ki, veteran futbolçu bir müddət keçirdiyi qəzadan və omba nahiyəsindən əməliyyat olunmasından sonra təxminən 2 ay xəstəxanada qalmışdı. İnfeksiya səbəbindən 80 yaşlı keçmiş qolkiperin vəziyyəti ağırlaşmışdı. Keçmiş qolkiper son aylarda Kristiano Ronaldonun həmyerlisi Lionel Messidən üstün olduğunu bildirməklə diqqəti çəkmişdi.
Qatti sağ olarkən bildirdiyi fikirlər:
"Ronaldo Messidən üstündür, ancaq Peleyə çata bilməz"
© Copyright 2025, All Rights Reserved