Argentinada Maradonanın adına sikkə buraxıldı
Argentina Maradonanın əfsanəvi qoluna həsr olunmuş sikkə buraxdı.
90plus.az xəbər verir ki, Argentinanın Mərkəzi Bankı futbol əfsanəsi Dieqo Maradonanın məşhur qoluna ithaf olunan xatirə sikkəsini təqdim edib.
2026-cı ildə keçiriləcək Dünya Çempionatına həsr edilən sikkə 925 əyarlı gümüşdən hazırlanıb və 10 dollarlıq nominal dəyərə malikdir.
Sikkənin arxa tərəfində Maradonanın DÇ-1986-nın 1/4 finalında İngiltərə millisinə qarşı (2:1) vurduğu məşhur qoldan əvvəlki irəliləyiş trayektoriyası təsvir olunub.
Bu addım həm Maradonanın irsinə hörmət əlaməti, həm də futbol tarixinin ən yaddaqalan anlarından birinə simvolik ehtiram kimi qiymətləndirilir.
© Copyright 2025, All Rights Reserved