Arne Slot: “Problem heyətdədir”
“Liverpul”un baş məşqçisi Arne Slot: “Start heyətlə bağlı fikrimi dəyişmədim”.
90plus.az xəbər verir ki, “Liverpul” klubunun 47 yaşlı niderlandlı baş məşqçisi Arne Slot Premyer Liqanın son turunda “Kristal Pelas”la (0:3) qarşılaşmadan sonra açıqlama verib.
Slot “Man Siti” və “Çelsi”nin heyət üstünlüyündən danışıb:
“Man Siti” klubunun start heyətinə baxdım və gördüm ki, həftəsonu oynayanlardan bir nəfər belə yox idi, amma yenə də bu, onların ən güclü komandası kimi görünürdü. “Çelsi” isə Estevãonu belə meydana çıxara bilər.
0:3 hesabı ilə məğlub olsaq da, start heyətlə bağlı fikrimi dəyişmədim. Bu heyətlə belə “Kristal Pelas”a qarşı nəticə qazanmaq üçün mübarizə apardıq" (ℹ️Fabrizio Romano).
Xatırlatma: “Liverpul” 2024/25 mövsümünün startında istədiyi nəticələri ala bilmir və Slot komandasını yeni oyun fəlsəfəsinə uyğunlaşdırmağa çalışır.
© Copyright 2025, All Rights Reserved