Arne Slot: “Qalatasaray bir də 5 qol yeməz”

“Liverpul”un baş məşqçisi: “Qalatasaray bizim üçün çətin rəqibdir”.
90plus.az xəbər verir ki, “Liverpul”un baş məşqçisi Arne Slot qarşıdakı oyun öncəsi “Qalatasaray” haqda danışıb. Niderlandlı mütəxəssis rəqibin gücünü yüksək qiymətləndirib.
🗣 Slot: “Qalatasaray ‘Pelas’dan (Crystal Palace) fərqli və çox çətin komandadır. Liqada 7 oyuna 7 qələbə qazanıblar, mental baxımdan da güclüdürlər. ‘Ayntraxt’a məğlubiyyətdə bir az şanssız idilər, amma yenidən 5 qol buraxacaqlarını düşünmürəm. Bu mövsüm cəmi 2 qol buraxıblar.
Çox yaxşı komandadır, çox yaxşı baş məşqçiləri var. Qazanmağı və çempionluğu bilən bir heyətə sahibdirlər. Biz hazırıq. Rəqib olaraq bizim üçün çətindir, amma ‘Palace’ ilə ‘Qalatasaray’ müqayisə edilə bilməz”.
Slotun sözlərinə görə, “Liverpul” qarşıdakı oyunda ciddi hazırlaşaraq çətin rəqibə qarşı gücünü sınayacaq.
Qeyd: Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda keçiriləcək "Qalatasaray - Liverpul" matçı bu gün - 30 sentyabr saat 23:00-da olacaq.
© Copyright 2025, All Rights Reserved