Arne Slot: "Qvardiolanın komandalarını izləmək adama zövq verir"
“Liverpul”un baş məşqçisi Arne Slot “Mançester Siti”dəki həmkarı Pep Qvardiola haqqında danışıb.
90plus.az xəbər verir ki, bu gün İngiltərə Premyer Liqasında mövsümün oyunu keçiriləcək. Bakı vaxtı ilə saat 20:00-da "Liverpul" öz meydanında "Mançester Siti"ni qəbul edəcək. Oyundan əvvəl Mersisayd təmsilçisinin baş məşqçisi Arne Slot Qvardiola haqqında fikir bildirib:
“Futbolda az adam var ki, onların komandalarının oyunlarına baxanda sıxılmırsan. “Barselona”, “Bayern” və ya “Mançester Siti”nin 10 oyunundan 9-u futbolu sevən hər kəs üçün maraqlıdır. Buna görə də, Qvardiolanın komandalarının oyununu izləməyi xoşlayıram”.
Pep Qvardiolanın "Mançester Siti"si, noyabr ayı ərzində Premyer Liqada xal qazanmayan yeganə komanda oldu.
© Copyright 2026, All Rights Reserved