Arne Slot: “Yalnızca 1 ÇL və 1 Liqa oyunu uduzmuşuq da”

“Liverpul”un Çempionlar Liqasında “Qalatasaray”a 0:1 hesabı ilə məğlub olmasından sonra Arne Slot fikirlərini bölüşüb.
90plus.az xəbər verir ki, Arne Slot penaltidən dolayı Dominik Szoboszlaını günahlandırmaq istəməyib.
Son həftə Premyer Liqada “Kristal Pelas”a 1:2 hesabı ilə uduzan “Qırmızılar” bu dəfə də yüksək səviyyədə çıxış edə bilmədi, lakin İstanbul matçı ilk hissədə verilən penalti ilə həll olundu. Soboslainin əl hərəkəti “Qalatasaray”ın Barış Alper Yılmazını yıxmaq üçün kifayət sayıldı. Viktor Osimhen isə penalti nöqtəsindən topu Alisson Bekerin qapısından keçirtdi və bu qol oyunun taleyini müəyyənləşdirdi.
Slot məğlubiyyətə görə məyus olsa da, ümumi performansın “Pelas”la oyunla müqayisədə daha yaxşı olduğunu bildirdi. Amazon Prime-a danışan “Liverpul”un baş məşqçisi belə dedi:
“Yenə də məyusam. Amma bu, topa sahib olduğumuz və olmadığımız vəziyyətlərdə fərqli performans idi. İlk hissədə yaxşı oynadıq və 1:0 öndə olmaq üçün böyük imkanımız oldu.
“Bunu əvvəllə müqayisə etmək çətindir. Belə situasiyalarda bəzən rəqib bir qədər ağıllı olur və mən Dominik Szoboszlaını günahlandıra bilmərəm. Onlar 20%-lik penaltiyi 100%-lik edirlər – bu, çox ağıllıca bir hərəkətdir.
“Səviyəmiz ötən mövsümdən çox fərqli deyil. Bəzən belə olur, “Qalatasaray” asan rəqib deyil. İndi səfərdə “Çelsi” ilə oynayacağıq, çətin qarşılaşma olacaq. Kiçik fərqlər var və bunlar keçən mövsüm də var idi. İlk hissədə çox şey gördüm, amma ikinci hissə daha zəif keçdi. İkinci hissədə çox oyun vaxtı olmadı, onların hücumçusu dörd-beş dəfə yerə düşdü. Oyuna ritm tapmaq çətin idi.”
Slot türk nəhənginə qarşı komandasını dörd dəyişikliklə meydana yolladı və Mo Salah ehtiyatda qaldı. Lakin yüz milyon funt sterlinq dəyərindəki yay transferi Florian Vırts start heyətində oynadı. O, bütün 90 dəqiqə meydanda olsa da, qol və ya məhsuldar ötürmə ilə yadda qalmadı.
Virtsin performansı barədə soruşulduqda Slot belə cavab verdi:
“Diqqət həmişə yeni transferlərdədir. Bu, normaldır, çünki bəzi oyunçular üçün böyük məbləğ ödədik. Florian bu gün, xüsusilə ilk hissədə, yaratdığımız təhlükəli vəziyyətlərin çoxunda iştirak etdi. Oyun öncəsi demişdim ki, start heyətində üç-dörd mövqe fərqlidir və mən də oyun vaxtlarını idarə etməliydim.
“Buna görə də rotasiya etmək lazımdır, amma hər kəsin istədiyimiz kimi uyğunlaşması da zaman alır. Hal-hazırda yalnız bir Çempionlar Liqası oyununu və bir Premyer Liqa matçını uduzmuşuq.”