Arne Slotun yerinə SÜRPRİZ NAMİZƏD
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində ilk oyunda 0:1 hesabı ilə uduzan “Qalatasaray”ı cavab görüşündə 4:0 məğlub edərək 1/4 finala yüksələn “Liverpul”da vəziyyət qarışıq olaraq qalır.
90plus.az xəbər verir ki, Avrokuboklarda uğurlu çıxışa baxmayaraq, İngiltərə Premyer Liqasındakı nəticələr azarkeşləri narazı salıb. Komanda növbəti turda səfərdə “Brayton”la qarşılaşıb və zəif oyun nümayiş etdirərək 1:2 hesabı ilə məğlub olub. Görüşdə rəqibin qollarına Denni Uelbek imza atıb.
Matç zamanı “Liverpul” daha bir zərbə ilə üzləşib. Əvvəlcə Aleksander İsakın, daha sonra isə Hüqo Ekitikenin zədələnməsi komandanın hücum xəttini zəiflədib.
Qarşılaşmadan sonra həm komanda, həm də baş məşqçi Arne Slot ciddi tənqid olunub. Ötən mövsüm Premyer Liqanın qalibi olan “Liverpul”un bu mövsüm 5-ci pillədə qərarlaşması suallar doğurur.
İngiltərə mediasında yayılan xəbərlərə görə, “Brayton” məğlubiyyəti Arne Slot üçün həlledici ola bilər. Klub rəhbərliyinin artıq yeni baş məşqçi namizədlərini müəyyənləşdirdiyi və ayrılıq qərarının yaxın vaxtlarda verilə biləcəyi bildirilir.
Namizədlər siyahısında ilk sırada “Brayton”un sabiq çalışdırıcısı Roberto De Zerbi yer alır. Alternativ variant kimi isə Xabi Alonso göstərilir.
Oyundan sonra açıqlama verən Arne Slot tənqidlərə cavab olaraq bildirib ki, klubun xərcləri ilə bağlı yanaşmalar düzgün qiymətləndirilmir və komandanın transfer balansı da nəzərə alınmalıdır.
© Copyright 2026, All Rights Reserved