“Arsenal” isti suya görə “Atletiko”dan üzr istədi

Evening Standard qəzetinin məlumatına görə, “Arsenal” Çempionlar Liqası oyunu öncəsi “Emirates”də keçirilən məşq zamanı “Atletiko Madrid”in soyunma otağında isti su təmin edə bilmədiyinə görə üzr istəyib.
90plus.az xəbər verir ki, UEFA tərəfindən təyin edilmiş məşq zamanı "Atletiko” nümayəndələri problemi “Arsenal”a bildirib.
Problemin, ehtimal ki, su təchizatı ilə bağlı olduğu düşünülür və 40 dəqiqə ərzində həll olunub. Lakin o vaxta qədər “Atletiko” məşqi başa çatdırmalı olub və duş qəbul etmək üçün otelə getməli olub.
Məlumata görə, “Atletiko” hadisə ilə bağlı UEFA-ya rəsmi şikayət təqdim edib. Hazırda məlum deyil ki, “Arsenal” hansısa sanksiya ilə üzləşəcək ya yox.
Həmçinin oxu: https://www.90plus.az/atletiko-arsenaln-stadionundan-uefa-ya-sikayt-etdi/xeber/
© Copyright 2025, All Rights Reserved