"Arsenal" isveçli hücumçu ilə razılığa gəldi

Viktor Gyökeres "Arsenal" ilə anlaşdı.
90plus.az xəbər verir ki, "Sportinq"in hücumçusu İngiltərə klubu ilə 4-5 illik müqavilənin detallarını razılaşdırdı. İsveçli futbolçunun London təmsilçisində illik maaşı 8,3 milyon avro təşkil edəcək.
"Arsenal" 26 yaşlı forvardın transferi üçün 75 milyon avro ödəyəcək.
Portuqaliya klubu 2023-cü ilin yayında Gyökeresi "Coventry Siti"dən 24 milyon avroya almışdı.
© Copyright 2025, All Rights Reserved