“Arsenal” Jezusla ayrılmaq istəyir
“Arsenal” Qabriel Jezusla yolları ayırmağa hazırdır.
90plus.az xəbər verir ki, “Arsenal” yanvar transfer pəncərəsində Qabriel Jezusun komandadan ayrılmasına yaşıl işıq yandıracaq. “TransferNewsLive”ın məlumatına görə, London klubu braziliyalı hücumçunun satışına müsbət yanaşır.
Xəbərdə qeyd olunur ki, “topçular” 27 yaşlı forvard üçün təxminən 30 milyon avro tələb edir. Klub rəhbərliyi hücum xəttində yenilənmə istəyir və bu səbəbdən futbolçunun gedişi real görünür.
Jezus 2024/25 mövsümündə zədələr və qeyri-sabit çıxış səbəbilə komandada möhkəm yerini itirib. Premyer Liqada bu mövsüm hazırkı mərhələyə qədər az sayda start heyəti şansı qazanması diqqət çəkib, həmçinin məhsuldarlıq baxımından gözləntiləri tam qarşılamayıb.
Braziliyalı hücumçuya Avropadan və Səudiyyə Ərəbistanından maraq olduğu bildirilir. “Arsenal”ın hücum xəttinə yeni addımlar atacağı gözlənilir və yanvar ayı londonlular üçün ciddi dəyişikliklərə səbəb ola bilər.
© Copyright 2025, All Rights Reserved