"Arsenal" lider "Liverpul"la xal fərqini azaltdı

İngiltərə Premyer Liqasında mübarizə qızışır. "Arsenal" turnir cədvəlinin lideri olan "Liverpul"la xal fərqini 2-yə endirib.
90plus.az xəbər verir ki, bu, komandanın "Nyukasl" üzərində 2:1 hesablı qələbəsindən sonra mümkün olub.
Matçın ilk hissəsində üstünlük "Nyukasl"ın tərəfində idi. 34-cü dəqiqədə Voltemade hesabı açaraq komandasını önə keçirdi. Lakin ikinci hissədə oyunun axarı dəyişdi. "Arsenal"ın baş məşqçisi son dəqiqələrdə meydana buraxdığı Mikel Merino 84-cü dəqiqədə bərabərlik qolunu vurdu. Qələbə qolunu isə 90+4-cü dəqiqədə Qabriel Declan Raysın ötürməsi ilə vuraraq azarkeşləri coşdurdu.
Bu nəticə ilə "Arsenal" xallarını 13-ə çatdıraraq "Liverpul"un (15 xal) cəmi 2 xal gerisində ikinci pillədə qərarlaşıb. Hər iki komanda 6 turdan sonra çempionluq uğrunda mübarizəni davam etdirir.
© Copyright 2025, All Rights Reserved