“Arsenal” liderdir! “Man Yunayted”in müdafiəsi kimi tavanı var! Sel suya qərq oldu!
“Old Trafford”dakı son 16 liqa matçında cəmi 1 qələbə qazanmış “Arsenal” 8-ci pillədəki rəqibinə minimal hesabla qalib gələrək oyun artıqlığı ilə yenidən liderliyə yüksəldi: 86 xal ➖ Arsenal 85 xal ➖ Man Siti. 90plus.az xəbər verir ki, “Topçular” “Qırmızı Şeytanlar”ı minimal hesabla üstələyib: Man Yunayted 0-1 Arsenal L. Trossard 20' Qol: https://t.me/doxsanplus/82147 Qeyd : “Arsenal” son turda “Everton” qarşısında qalib gəlib “Man Siti”nin qalan 2 matçın 1-də xal itirməsinə ümid edəcək. Maraqlı: Yalnız iki komanda Premyer Liqada “Man Yunayted”ə qarşı 20+ oyunda qalib gəlib: ◎ 20 - Man Siti ◉ 20 - Arsenal Onlardan biri titul qazanacaq! FOTO "Arsenal" bu mövsüm qarşılaşdığı "Böyük Altılıq" komandalarına qarşı heç bir məğlubiyyət yaşamayıb: 10 matç 6 qələbə 4 bərabərlik 0 məğlubiyyət . FOTO ”Old Trafford” şəlaləsinə xoş gəldiniz! “Old Trafford” stadionu bu gün keçirilən “Man Yunayted” - “Arsenal” matçında suya qərq oldu. VİDEO https://t.me/doxsanplus/82211