"Arsenal" Londonu qırmızıya boyadı
İngiltərə Premyer Liqasının 28-ci turunda lider "Arsenal" doğma meydanda "Çelsi" ilə üz-üzə gəldi.
90plus.az xəbər verir ki, "Emirates Stadionu"nda keçirilən qarşılaşmada meydan sahibləri 2:1 hesabı ilə qalib gəldi.
21-ci dəqiqədə künc zərbəsindən sonra Uilyam Saliba "Arsenal" üçün hesabı açdı – 1:0. Lakin fasiləyə yaxın, 45+2-ci dəqiqədə Piero Hinkapiye öz qapısına qol vuraraq "Çelsi" üçün hesabı bərabərləşdirdi – 1:1. İlk hissə bu hesabla sona çatdı.
66-cı dəqiqədə Jurrien Timber "Arsenal" üçün fərqlənərək hesabı 2:1 etdi. 70-ci dəqiqədə isə Pedro Neto “Çelsi”dən qırmızı vərəqə alaraq komandasını 10 nəfərlik buraxdı. Qalan dəqiqələrdə başqa qol olmadı və oyun 2:1 hesabı ilə başa çatdı:
Arsenal 2 - 1 Çelsi
U. Saliba 21’
P. Hincapie 45+2’ (ö.q.)
J. Timber 66’
Qollar: https://t.me/doxsanplus/114930
Bu nəticədən sonra lider "Arsenal" xallarını 64-ə çatdırdı. “Çelsi” isə ardıcıl 3-cü matçdır qələbə qazana bilməyərək 45 xalda qaldı.
Növbəti turda "Arsenal" səfərdə “Brayton” ilə qarşılaşacaq, “Çelsi” isə “Aston Villa”nın qonağı olacaq.
© Copyright 2026, All Rights Reserved