"Arsenal" Qyökereşi açıqladı

“Arsenal” İsveç yığmasının hücumçusu Viktor Qyökereşi heyətinə qatıb.
90plus.az xəbər verir ki, London klubu bu transferi rəsmi şəkildə açıqlayıb.
27 yaşlı forvardla 5 illik müqavilə imzalanıb. “Topçular” onun transferi üçün 63,5 milyon avro və əlavə 10 milyon avro bonus ödənişi həyata keçirib.
Qeyd: Qyökereş ötən mövsüm Portuqaliyanın “Sportinq” klubunda 52 oyuna çıxaraq 54 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2025, All Rights Reserved