"Arsenal" "Sportinq"in 80 milyonluq futbolçusuna "gözünü dikdi"
İngiltərə Premyer Liqası klubu "Arsenal" Portuqaliyanın "Sportinq" klubunun 19 yaşlı müdafiəçisi Usman Diomande ilə maraqlanır.
90plus.az xəbər verir ki, "topçular" gənc futbolçunu transfer etmək üçün 80 milyon avro ödəməyə hazırdır.
"Arsenal"ın baş məşqçisi Mikel Arteta müdafiə xəttini gücləndirmək üçün Diomandenin transferini prioritet hesab edir. Bu mövsüm "Sportinq" forması ilə 29 oyuna çıxan və 2 qol, 1 assistlə yadda qalan Diomande gələcəyin ümidverici müdafiəçilərindən biri kimi qiymətləndirilir.
"Sportinq" rəhbərliyi isə yalnız futbolçunun müqaviləsindəki 80 milyon avroluq sərbəst qalma maddəsinin ödənilməsi halında transferə razı olacağını bildirib. "Arsenal"ın bu məbləği ödəyib-ödəməyəcəyi isə hələlik bəlli deyil.
Qeyd: "Arsenal" daha əvvəl də yüksək məbləğli transferlər həyata keçirib. Məsələn, 2023-cü ilin iyununda "topçular" "Çelsi"dən 24 yaşlı alman hücumçusu Kay Havertsi 75 milyon avroya transfer etmişdi. Bundan əlavə, 2024-cü ilin iyulunda "Vest Hem Yunayted"dən 24 yaşlı ingilis yarımmüdafiəçisi Dklan Raysı heyətinə qatmışdı.
© Copyright 2026, All Rights Reserved