“Arsenal” standart vəziyyətlərin ustasına çevrilib
“Arsenal” bu mövsüm İngiltərə Premyer Liqasında məhsuldarlığı ilə diqqət çəkir.
90plus.az xəbər verir ki, komanda indiyədək vurduğu 16 qolun böyük hissəsini standart vəziyyətlərdən əldə edib.
London təmsilçisi 9 qolu standart vəziyyətlərdən, 2 qolu penaltilərdən, 5 qolu isə açıq oyundan vurub.
Bu göstərici “Arsenal”ı Premyer Liqada standart vəziyyətlərdən ən çox qol vuran komanda halına gətirib. Mütəxəssislər Mikel Artetanın taktiki yanaşmasını bu baxımdan xüsusi dəyərləndirirlər.
© Copyright 2025, All Rights Reserved