“Arsenal” tarixə düşdü – 7 oyundur qapısında qol görmür
İngiltərə Premyer Liqasının nəhənglərindən “Arsenal” klub tarixinə daha bir rekordla düşüb.
90plus.az xəbər verir ki, “Topçular” bütün turnirlərdə ardıcıl 7 oyunu qapısından qol buraxmadan qazanaraq tarixi nailiyyətini təkrarlayıb.
Bu, “Arsenal”ın tarixində ikinci belə seriyadır. Komanda ilk dəfə bu uğura 1987-ci ildə imza atmışdı.
Mikel Artetanın rəhbərlik etdiyi “Arsenal” son matçında “Bernli” üzərində 2:0 hesablı inamlı qələbə qazanıb. Komandanın qollarını Viktor Gyökeres və Deklan Rays vurublar.
Bu nəticə “Arsenal”ın artıq təkcə hücumda deyil, həm də müdafiədə sabitlik qazandığının göstəricisi kimi dəyərləndirilir. Artetanın rəhbərliyi altında London təmsilçisi rəqibləri hesabla deyil, oyundakı balansla məğlub etməyi bacarır.
İspan mütəxəssisin qurduğu möhkəm müdafiə xətti sayəsində “Arsenal” uzun illər sonra ardıcıl qapısını toxunulmaz saxlayaraq azarkeşlərini sevindirib.
© Copyright 2025, All Rights Reserved