"Arsenal" yeni futbolçu ilə anlaşdı

İspaniya yığmasının və “Real Sosyedad” klubunun oyunçusu Mikel Merino İngiltərə Premyer Liqasına keçməyə yaxındır.
90plus.az xəbər verir ki, futbolçu “Arsenal” klubu ilə 2028-ci ilin yayına kimi anlaşma imzalamaq barədə razılığa gəlib. Yaxın zamanda klub “Real Sosyedad”la transfer şərtlərini razılaşdırmağa çalışacaq.
Qeyd: 28 yaşlı oyunçu 2018-ci ilin yayından İspaniya klubunda forma geyinir. Onlar arasındakı sözləşmə 2025-ci ilin ortalarına kimi nəzərdə tutulub.
Mənbə: Xarici KİV
© Copyright 2025, All Rights Reserved