“Arsenal” zirvədə möhkəmləndi
Ebereçi Eze keçmiş klubuna qarşı qol vurdu, “Arsenal” zirvədə fərqi artırdı 🔴⚪
90plus.az xəbər verir ki, “Arsenal” Premyer Liqada ardıcıl qələbə seriyasını davam etdirib. London təmsilçisi 11-ci turda səfərdə “Kristal Pelas”ı 1:0 hesabı ilə məğlub edərək turnir cədvəlində liderliyini möhkəmləndirib.
Matçın yeganə qolunu keçmiş “Pelas” futbolçusu Ebereçi Eze vurub. Yayda “Arsenal”a 67 milyon funt sterlinqə transfer olunan yarımmüdafiəçi 39-cu dəqiqədə hesabı açıb. Qol “topçular”ın növbəti standart vəziyyətindən sonra gəlib — Dəklan Rays cərimə zərbəsini qapı qarşısına göndərib, müdafiəçi Qabriel topu endirib, Eze isə akrobatik zərbə ilə toru silkələyib.
“Kristal Pelas” zaman-zaman irəlidə təhlükə yaratsa da, “Arsenal”ın müdafiə xətti və qapıçı David Raya inamlı çıxış edib. İkinci hissədə Qabriel başla topu dirəyə vurub, Bukayo Saka isə uzaq küncü hədəfə alsa da, fərqlənə bilməyib.
Bu qələbə ilə “Arsenal” bütün turnirlərdə ardıcıl 10 oyundur məğlub olmur və liderliyini dörd xala qədər artırıb.
1. Arsenal — 22 xal (+13)
2. Bornmut — 18 xal (+5)
3. Sanderlend — 17 xal (+4)
Çempionluq yarışında ağır zərbə alan “Mançester Siti” isə “Aston Villa”ya 0:1 uduzaraq 16 xalda qaldı.
Arsenal 1-0 Kristal Pelas
Eze 39'
Qol: https://t.me/doxsanplus/109721
Aston Villa 1-0 Man Siti
Cash 19'
Qol: https://t.me/doxsanplus/109722
© Copyright 2025, All Rights Reserved