"Arsenal"a Noni Madueke şoku: Ən azı 2 ay oynaya bilməyəcək

İngiltərə Premyer Liqası təmsilçisi "Arsenal" ağır itki ilə üzləşib.
90plus.az xəbər verir ki, komandanın yay transfer dönəmində heyətinə qatdığı Noni Madueke dizindən aldığı zədə səbəbilə uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.
"Arsenal" sabah İngiltərə Liqa Kuboku çərçivəsində "Port Veyl"in qonağı olacaq. Görüş öncəsi yayılan xəbərlərə görə, "Athletic" nəşri Maduekenin azı 2 ay oynaya bilməyəcəyini bildirib.
Sezon əvvəli "Çelsi"dən "Arsenal"a transfer olunan 21 yaşlı futbolçu indiyə qədər 6 oyunda forma geyinib, lakin qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.
"Arsenal"ın Premyer Liqada son oynadığı "Mançester Siti" matçında Noni Madueke start heyətində meydana çıxmış, fasilədə isə yerini Bukayo Sakaya vermişdi.
Komandanın hücum xəttində yalnız Madueke deyil, həmçinin Kai Haverts və Qabriel Jezuş da zədəlidir.
© Copyright 2025, All Rights Reserved