"Arsenal"da iki ciddi itki
İngiltərənin “Arsenal” klubunda ciddi itki yaşanıb.
90plus.az xəbər verir ki, London təmsilçisinin futbolçusu Qabriel Martinelli sıradan çıxıb.
Braziliyalı vinger Premyer Liqanın 9-cu turunda “Kristal Pelas”la (1:0) oyunda qasıq nahiyəsindən zədə alıb. 24 yaşlı hücumçu təxminən 2 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd: “Arsenal” Qabriel Martinellini 2019-cu ilin yayında ölkəsinin “İtuana” klubundan transfer edib. Braziliya millisinin üzvü bu mövsüm “topçular”ın heyətində oynadığı 12 rəsmi matçda 4 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.
© Copyright 2025, All Rights Reserved