“Arsenal”dan vacib qələbə: “Mançester Siti” xal itirdi, çempionluq yarışı qızışdı
İngiltərə Premyer Liqasında 29-cu turun oyunları çempionluq mübarizəsinə ciddi təsir edib. Turun ən vacib nəticələrindən biri “Arsenal”ın səfərdə qazandığı qələbə və ən yaxın rəqibi “Mançester Siti”nin xal itirməsi olub.
90plus.az xəbər verir ki, liqanın lideri olan “Arsenal” səfərdə “Brayton və Houv Albion”un qonağı olub. Görüşün taleyini erkən vurulan qol həll edib. Oyunun 9-cu dəqiqəsində Bukayo Sakanın vurduğu qol matçın yeganə qolu olub və “Arsenal” 1:0 hesablı qələbə qazanıb.
Bu nəticə ilə “topçular” turnir cədvəlində mövqeyini daha da möhkəmləndirib.
Turun digər diqqətçəkən oyununda isə “Mançester Siti” öz meydanında aşağı sıralarda qərarlaşan “Nottingem Forest”i qəbul edib. Vitor Pereyranın rəhbərlik etdiyi qonaq komanda çətin səfərdən 2:2 hesablı heç-heçə ilə ayrılaraq sensasiyaya imza atıb.
Bu nəticədən sonra “Nottingem Forest” xallarını 28-ə çatdırıb. “Mançester Siti” isə 60 xalda qalaraq çempionluq yolunda ciddi zərbə alıb.
Hazırda bir oyunu az olan “Mançester Siti” həmin qarşılaşmanı qazansa belə, lider “Arsenal”la xal fərqi 4 olacaq. “Arsenal” isə qələbə sayəsində xalını 67-yə yüksəldərək ən yaxın izləyicisini 7 xal qabaqlayıb və çempionluq yolunda böyük üstünlük əldə edib.
Qeyd: “Arsenal” sonuncu dəfə Premyer Liqa çempionluğunu 2003-cü ildə “İnvinsibles” (məğlubiyyətsiz) adı ilə tarixə düşən heyətlə qazanmışdı. İndi isə London klubu uzun illər davam edən çempionluq həsrətini bitirməyə çox yaxın görünür.
© Copyright 2026, All Rights Reserved