"Arsenal"ın futbolçusu Premyer Liqada rekord qırdı
“Arsenal”ın yarımmüdafiəçisi Maks Douman Premyer Liqada tarixi nailiyyətə imza atıb.
90plus.az xəbər verir ki, gənc futbolçu çempionatın 30-cu turunda “Everton”a qarşı keçirilən oyunda fərqlənib. London təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatan matçda Douman 97-ci dəqiqədə qol vurub.
Beləliklə, ingiltərəli yarımmüdafiəçi 16 yaş 73 günlüyündə Premyer Liqa tarixinin ən gənc qol müəllifi olub.
Qeyd: “Everton”la qarşılaşma Maks Douman üçün “Arsenal”ın heyətində bütün turnirlər daxil olmaqla 7-ci oyun olub.
© Copyright 2026, All Rights Reserved