"Arsenal"ın müdafiəçisi "Real"ı rədd etdi: "Burada kubok qazanmaq istəyirəm"
Fransalı müdafiəçi Uilyam Saliba yayda “Real Madrid”dən aldığı təklifə baxmayaraq, “Arsenal”da qalmaq qərarını doğru addım hesab edir.
90plus.az xəbər verir ki, “Arsenal”ın fransalı müdafiəçisi Uilyam Saliba klubuna sadiqliyini bir daha təsdiqləyib. Futbolçu “Telefoot”a verdiyi müsahibədə ötən yay “Real Madrid”in onunla maraqlandığını təsdiqləsə də, diqqətinin tamamilə “Arsenal”la uğurlar qazanmaq üzərində olduğunu bildirib.
Saliba açıqlamasında deyib:
“Əlbəttə, belə bir klubun maraq göstərməsi insanı qürurlandırır. Amma mənim üçün əsas məqsəd ‘Arsenal’da qalmaq və əvvəlcə kuboklar qazanmaqdır. Başqa şeyləri düşünmək üçün hələ vaxt var.”
Fransalı futbolçu həmçinin həmvətəni Kilian Mbappenin “Real Madrid”də olması ilə bağlı verilən suala gülərək cavab verib:
“Bondi əlaqəsini ‘Real Madrid’də görəcəyikmi?” – sualına o belə cavab verib:
“Bondi əlaqəsi hələlik Fransa millisindədir.”
Saliba 2023-cü ildə “Arsenal”la uzunmüddətli müqavilə yeniləyib və hazırda baş məşqçi Mikel Artetanın əsas oyunçularından biri sayılır. Müdafiəçi həm Premyer Liqada, həm də Avropa turnirlərində “topçular”ın uğur hədəflərində mühüm rol oynayır.
© Copyright 2025, All Rights Reserved