"Arsenal"ın sabiq futbolçusu aşağı liqa təmsilçisində
"Arsenal"ın keçmiş hücumçusu Lukas Peres yeni klub tapıb.
90plus.az xəbər verir ki, ispaniyalı forvard karyerasını vətənində davam etdirəcək.
Peres "Kadis" ilə razılığa gəlib. Bu barədə klubun mətbuat xidməti açıqlama yayıb. II La Liqa təmsilçisi 37 yaşlı hücumçu ilə mövsümün sonunadək qüvvədə olacaq müqavilə imzalayıb.
Lukas Peres 2025-ci ilin yayında PSV-dən ayrıldıqdan sonra azad agent statusunda idi.
© Copyright 2026, All Rights Reserved