“Arsenal”ın sabiq ulduzu vərəmə tutuldu
"Arsenal"ın keçmiş ulduzu Lukas Perez PSV klubuna qoşulduqdan cəmi bir ay sonra vərəmə tutulub.
90plus.az xəbər verir ki, ispaniyalı cinah oyunçusu ən azı dörd həftəlik təcrid də daxil olmaqla, uzun müddət əlçatan olmayacaq.
Peres fevralın sonunda Hollandiya tərəfi ilə qısamüddətli müqavilə imzalayıb və infeksiyadan əvvəl yalnız 2 dəfə - ümumən 24 dəqiqə meydana çıxıb.
"Deportivo La Korunya" klubundan PSV-yə gəlib.
Qeyd: Peres 2016-2018-ci illərdə "Arsenal"da çıxış edib, 21 oyun keçirib və 7 qol vurub. “Vest Hem”də də forma geyinib.
📰: De Telegraaf
© Copyright 2025, All Rights Reserved