"Arsenal"ın əsas oyunçusundan maraqlı statistika
Havertz 1 dənə də olsun düz ötürmə edə bilmədi.
90plus.az xəbər verir ki, Premyer Liqadakı böyük oyunda "Mançester Siti" ilə "Arsenal" qarşılaşdı. Görüş 2-2 hesablı bərabərliklə başa çatdı.
Matçda "Arsenal"ın qollarını Riccardo Calafiori və Gabriel, "Mançester Siti"nin qollarını isə Erling Haaland və John Stones vurdu.
Qonaq komandanın oyunçusu Leandro Trossard 45+8-ci dəqiqədə ikinci sarı vərəqədən qırmızı kart aldı.
DÜZGÜN PAS OLMADAN OYUNU TAMAMLADILAR
Matçın ikinci hissəsini 10 nəfərlə oynayan "Arsenal" uzun müddət hesabı qorumağı bacardı, lakin əlavə dəqiqələrdə buraxdığı qolla meydandan 1 xalla ayrıldı.
"Arsenal"da müdafiə oyunçusu Jurrien Timber və komandanın hücumçusu Kai Havertz maraqlı statistikaya imza atdılar.
Hər iki futbolçu da oyunu düzgün pas vermədən tamamladı. Timber 6, Havertz isə 5 cəhdində dəqiq ötürmə edə bilmədi.
"Arsenal"da Kai Havertz 90 dəqiqə meydanda qaldı, Timber isə 90+2-ci dəqiqədə kənara gəldi. Havertz, Premyer Liqa tarixində son 7 mövsümdə 90 dəqiqə meydanda qalıb düzgün pas verə bilməyən ilk futbolçu oldu.
© Copyright 2025, All Rights Reserved