"Arsenal"ın yarımmüdafiəçisi 3 həftəlik sıradan çıxdı
Martin Odeqard zədələnərək 3 həftəlik sıradan çıxıb.
90plus.az xəbər verir ki, Norveç mətbuatı məlumat yayıb. 25 yaşlı norveçli yarımmüdafiəçi millisinin matçında zədələnib. Norveç millisinin həkimi müayinədən sonra zədəni şərh edib: “Bu cür zədələrdən sonra minimum 3 həftə bərpa prosesi gedir. Çox da ola bilər”.
Qeyd: Martın Avstriya ilə matçda zədələnərək 67-ci dəqiqədə meydanı tərk edib.
© Copyright 2026, All Rights Reserved