Arteta Emerinin 11 oyunluq seriyasına SON qoydu
“Arsenal” “Aston Villa”nı darmadağın etdi və onların 11 oyunluq məğlubiyyətsiz seriyasına SON qoydu!
90plus.az xəbər verir ki, Premyer Liqada liderlik daha da möhkəmləndi! “Arsenal” ikinci pillədəki “Mançester Siti”ni 5 xal qabaqladı. “Siti” bu fərqi cümə axşamı “Sanderlend”lə oyunda azalda bilər.
İlk hissədə önə keçmək şanslarını dəyərləndirə bilməyən “Aston Villa” isə təxminən iki aydan sonra ilk məğlubiyyətini aldı və “Arsenal”dan 6 xal geri qalaraq üçüncü pillədə qaldı.
Turnir cədvəlində vəziyyət:
Mikel Artetanın "Arsenal”ı "Mançester Siti”ni 5 xal;
Unai Emerinin “Aston Villa”sını isə 6 xal qabaqlayır:
1. Arsenal - 45 xal
2. Man Siti - 40 xal
3. Aston Villa - 39 xal
Arsenal 4 - 1 Aston Villa
Qabriel 48’
Zubimendi 52’
Trossard 69’
Q. Xesus 78'
O. Uotkins 90+4’
Qollar: https://t.me/doxsanplus/112925
Qabriel Xesus qolundan sonra:
“I belong to Jesus” ifadəsi yazılan köynəyini nümayiş etdirdi! Bu xristian üçün həyatının, kimliyinin və gələcəyinin İsa Məsihə həsr olunduğunu bildirir
Bu ruhani bir vəhdəti əks etdirən əsas inancdır.
© Copyright 2026, All Rights Reserved