Aşağı liqa klubu 2 futbolçusunu qovdu
 
                             
                         
                             
                                "İmişli" klubunda gözlənilməz ayrılıq yaşanıb.
90plus.az xəbər verir ki, Premyer Liqaya yüksəlmək uğrunda mübarizə aparan komanda iki futbolçu – Cavidan İzzətli və Gilyerme Souzayla yollarını ayırıb.
Klub rəhbərliyi onların komandadan uzaqlaşdırılmasına qərar verib.
Hər iki müdafiəçinin daxili nizam-intizam kodeksini kobud şəkildə pozduğu bildirilir. Bu səbəbdən rəhbərlik sərt addım ataraq, həm yerli, həm də braziliyalı futbolçunun karyerasını "İmişli"də dayandırıb.
Qeyd: "İmişli I Liqada 37 xalla üçüncü pillədə qərarlaşıb və liderlər qrupunda yer alır. Klubun məqsədi Premyer Liqaya vəsiqə qazanmaq olsa da, komanda daxilindəki bu cür hadisələr onların yoluna əngəl yarada bilər.
 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    © Copyright 2025, All Rights Reserved