"Aston Villa" onu 60 milyona aldı
Belçika millisinin oyunçusu Amadu Onana “Aston Villa” klubuna transfer olub.
90plus.az xəbər verir ki, İngiltərə mətbuatı bu transfer üçün “Aston Villa” klubunun 50 milyon funt-sterlinq (təxminən 60 milyon avro) ödədiyini yazıb.
22 yaşlı oyunçu Avro-2024-də Belçika millisinin heyətində 4 oyuna çıxıb.
Qeyd: Onana 2022-ci ildən “Everton” klubunda çıxış edirdi. Keçən mövsüm oyunçu klubun heyətində bütün turnirlərdə 37 oyun keçirib və 2 qol vurub.
Mənbə: "Aston Villa" klubunun media hesabı
© Copyright 2026, All Rights Reserved