“Atalanta” baş məşqçini yolladığını təsdiqlədi
“Atalanta” zəif nəticələrdən sonra baş məşqçisi İvan Yuriçi vəzifəsindən azad etdiyini təsdiqləyib.
90plus.az xəbər verir ki, klubun açıqlamasında deyilir: “Atalanta bildirir ki, İvan Yuriç əsas komandanın baş məşqçisi vəzifəsindən, onun ən yaxın əməkdaşları – Matteyo Paro, Miqel Veloso, Paolo Barbero, Stjepan Ostoyiç və Mikele Orekkio ilə birlikdə azad edilib.
“Atalanta İvan Yuriçə və onun məşqçi heyətinə göstərdikləri işə görə təşəkkür edir və onlara gələcək karyeralarında uğurlar arzulayır”, – açıqlama belə tamamlanır.
Yuriç “Atalanta”nın başında 15 oyunda cəmi dörd qələbə, səkkiz heç-heçə və üç məğlubiyyət əldə edib.
O, A Seriyasında 11 turdan sonra komandanı 13-cü pillədə tərk edir.
© Copyright 2026, All Rights Reserved