“Atalanta” Sarrini baş məşqçi elan etdi
“Atalanta”nın yeni baş məşqçisi müəyyənləşdi.
90plus.az xəbər verir ki, “Atalanta” klubu baş məşqçi postu ilə bağlı qərarını açıqlayıb. Berqamo təmsilçisi komandanı təcrübəli italiyalı mütəxəssis Mauritsio Sarriyə həvalə edib.
67 yaşlı çalışdırıcı vəzifədə Raffaele Palladinonu əvəzləyib. Klub rəhbərliyi yeni mərhələdə komandanın sükanını böyük təcrübəyə malik məşqçiyə etibar etməyə üstünlük verib.
Sarri İtaliya və Avropa futbolunda tanınan məşqçilərdən hesab olunur. O, karyerası ərzində “Napoli”, “Yuventus”, “Çelsi” və “Latsio” kimi nüfuzlu klubları çalışdırıb.
İtaliyalı mütəxəssisin ən böyük uğurlarından biri “Yuventus”la qazandığı A Seriyası çempionluğu olub. Bundan başqa, o, “Çelsi”nin baş məşqçisi kimi UEFA Avropa Liqasının qalibi adını qazanıb.
“Atalanta” rəhbərliyi təcrübəli mütəxəssisin komandanın inkişafına yeni impuls verəcəyinə inanır. Sarri qarşıdakı mövsümdə həm daxili çempionatda, həm də Avropa arenalarında klubun hədəflərini reallaşdırmağa çalışacaq.
© Copyright 2026, All Rights Reserved