Atasını itirən qapıçıya rəqib azarkeşlərdən dəstək
“RFC Liej – Yong Genk” qarşılaşmasında yaşıl meydanlarda bəlkə də daha əvvəl heç rast gəlinməyən, hər kəsi dərindən təsirləndirəcək bir hadisə baş verdi.
90plus.az xəbər verir ki, “Yong Genk”in gənc qapıçısı Brent Stevens keçən həftə uzun müddətdir xəstə olan atasını itirdi. Bu çətin dövrdə olmasına baxmayaraq Stevens əsas heyətdə meydana çıxdı və komandası 3-1 geridə olarkən bir penalti zərbəsini qaytardı.
Penalti xilasından sonra “RFC Liej” azarkeşləri alqış səsləri ilə onu dəstəklədilər. Azarkeşlər oyun boyu Stevensə dəstək olmaq üçün səssiz qalmadılar.
Gənc qapıçı oyundan sonra “RFC Liej” azarkeşlərinin yanına gedərək onlara təşəkkür etdi və onları qucaqladı.
Duyğulu anlara dair “Het Nieuwsblad” qəzetinə danışan Stevens belə dedi: “Bu atam üçün idi. Keçən şənbə uzun sürən xəstəlikdən sonra vəfat etdi. İlk dəfə əsas heyətdə oynayacağımı eşidəndə çox sevindim, amma eyni zamanda qarışıq hisslər içində idim. Atam oynamağımı istəyərdi.”
© Copyright 2025, All Rights Reserved