"Atletik" FIFA-dan icazəni ala bildi

“Atletik” Emerik Laportun qeydiyyatı üçün FIFA-dan icazə alıb.
90plus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti rəsmi məlumat yayıb.
Daha əvvəl müdafiəçinin sabiq klubu “Bilbao”ya dönüşü “Əl-Nəsr”in sənədləri gec təqdim etməsi səbəbindən reallaşmamışdı.
İspaniya klubunun yaydığı açıqlamada bildirilir:
“FIFA Emerik Laportun beynəlxalq transfer sertifikatının (CTI) əldə olunmasına razılıq verib. Qurum, İspaniya Futbol Federasiyasına Səudiyyə Ərəbistanı Futbol Federasiyasından sertifikatı almağa icazə verib. Sənəd təqdim olunduqdan sonra “Atletik” futbolçunun qeydiyyatını rəsmiləşdirə biləcək.”
Xatırlatma: Laport 2018-ci ilin yanvarında “Atletik”dən 65 milyon avro qarşılığında “Mançester Siti”yə keçmişdi. İki il əvvəl isə o, Səudiyyə Ərəbistanı klublarından “Əl-Nəsr”in heyətinə qatılmışdı.
© Copyright 2025, All Rights Reserved