“Atletik - Qarabağ” matçına biletlər bitir

UEFA Çempionlar Liqasının qrup mərhələsində 3-cü turda “Atletik” və “Qarabağ” qarşılaşmasına maraq yüksəkdir.
90plus.az xəbər verir ki, oktyabrın 22-də Bilbaodakı “San-Mames” stadionunda keçiriləcək oyun üçün biletlər tükənmək üzrədir. Stadionun tutumu 53 min nəfərdir.
Marca qeyd edir ki, bu mövsüm Çempionlar Liqasının əvvəlki iki oyununda qələbə qazana bilməyən “Atletik” üçün ev oyununda “Qarabağ”a qarşı qələbə qazanmaq böyük şans ola bilər. Eyni zamanda, Ağdam klubunun ilk iki turda ardıcıl qələbələr qazanması da diqqətdən qaçmır.
Matça biletlərin qiyməti yerli azarkeşlər üçün ən ucuz 180 avrodan başlayır, birinci sinif üçün isə 377 avro təşkil edir. Hazırda bilet sayı məhduddur.
Qeyd: Matç oktyabrın 22-si, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
© Copyright 2025, All Rights Reserved