“Atletik”in baş məşqçisi: “Onlar lider, biz sonuncu”

Ernesto Valverde: “Qarabağ”a böyük hörmətimiz var”.
90plus.az xəbər verir ki, “Atletik”in baş məşqçisi Ernesto Valverde Avrokubok öncəsi mətbuat konfransında açıqlamalar verib. İspan mütəxəssis “Qarabağ”a böyük hörmət etdiklərini vurğulayıb:
“Qarabağ”a böyük hörmətimiz var. Çünki onlar Benfika və Kopenhagen üzərində qələbə qazanıblar. Onlar liderdir, biz isə sonuncuyuq".
Valverde həmçinin komandasının oyuna yanaşmasını izah edib:
“Bu bizim xal qazanmağa fürsətimizdir və bunu istəyirik. Onlara 9-0 qalib gələcəyimizlə bağlı deyilənlər dəhşətdir. Sözlə ifadə etmək olmur… 1-0 normal hesab olar. Qələbə qazanmaq çətin olacaq, çünki yaxşı komandadırlar.”
O, “Qarabağ”ın oyun tərzini də təhlil edib:
“Qarabağ sərbəst oynayan, yaxşı yarımmüdafiəsi və hücum qabiliyyəti olan komandadır. Legionerləri braziliyalılar, kolumbiyalılar, polşalılar… Ehtiyatlı olmalıyıq.”
ℹ️ Matçın vaxtı: “Atletik” – “Qarabağ”, 22 oktyabr, saat 20:45
© Copyright 2025, All Rights Reserved