“Atletiko” Alvaresi rekord məbləğə aldı!
"Atletiko Madrid" klubu "Mançester Siti" klubundan 75 milyon avroya 24 yaşlı hücumçu Xulian Alvarez transferini rəsmiləşdirdi.
90plus.az xəbər verir ki, 6 illik müqavilədə bundan başqa 20 milyon avroluq bonuslar da yer alır. Alvares Premyer Liqada çıxış edən argentinalı futbolçular arasında rekord transfer məbləğinə malik futbolçu olub.
"Siti"nin heyətində 103 oyunda 36 qol vuran Alvares, João Feliksdən sonra "Atletiko" tarixində ikinci ən bahalı transfer oldu.
© Copyright 2026, All Rights Reserved